Arif Hacılı Cümhuriyyətin ildönümü münasibəti ilə türk xalqını təbrik etdi

Müsavat başqanı Arif Hacılı türk xalqını Cümhuriyyətin yaranmasının 94 illyi münasibəti ilə təbrik edib.

Arif Hacılı bu barədə öz “Facebook” səhifəsində status yazıb.

“Bircə İstanbulda 14 dövlətin silahlı qüvvələrinin yerləşdiyi, dünya güclərinin möhtəşəm imperiyanı tamam yox etmək qərarı verdiyi məqamda, səfalət, mövhumat, daxili didişmələr girdabında çabalayan imperiyanın xarabalıqları üzərində Türkiyə Cümhuriyyətinin qurucularını, böyük ATATÜRKÜ minnətdarlıqla anaraq, bütün türk xalqını və Türkiyə sevdalılarını Cümhuriyyətin 94 illiyi münasibəti ilə təbrik edirəm.” -Arif Hacılı bildirib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: