Gələn ilin büdcə xərcləri: iqtisadçı ekspert

Artan ümumi xərclərin cəmi 139 milyon manatı və ya 4.5%-i büdcə sektorunda çalışanların əmək ödənişinin artırılmasına sərf ediləcək. 

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, gələn ilin büdcə xərcləri 2017-ci ilin gözlənilən icrası ilə bağlı 3.063 milyard manat artımla proqnozlaşdırılır.

Rövşən Ağayev bildirir ki, “Artan ümumi xərclərin cəmi 139 milyon manatı və ya 4.5%-i büdcə sektorunda çalışanların əmək ödənişinin artırılmasına sərf ediləcək. Ümumilikdə 2018-ci ilin büdcə xərclərinin 20%-i və ya 4.237 milyard manatı əmək ödənişi ilə bağlı olacaq.” 

“Müqayisə edilən dövr üzrə əməyin ödənilməsi ilə bağlı xərclər dövlət idarəetmə sektorunda 27.6 milyon manat (5.2%), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarında 29.7 milyon manat (3.7%), təhsil sektorunda 133.6 milyon manat (10.6%) artacaq. Səhiyyə sektoru üzrə isə əmək ödənişi xərclərində 10 milyon manat (2.6%) azalma proqnozlaşdırılır.” – iqtisadçı vurğulayıb.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: