İspaniyanın birliyini müdafiə edənlər Barselonada kütləvi nümayiş keçirib

Barselonada İspaniyanın bölünməzliyinin müdafiəsi məqsədilə keçirilmiş nümayişdə yüz minlərlə insan iştirak edib.

Nümayişə Kataloniyanın İspaniyadan ayrılmasının əleyhinə olan vətəndaşlar qatılıb.

Mitinqdə iştirak edənlərin çoxu Kataloniyanın vəzifəsindən kənarlaşdırılmış lideri Carles Puigdemont-un həbs olunmasına çağırıb.

Kataloniya müstəqilliyini elan etdikdən sonra Madriddədki mərkəzi hökümət muxtariyyətin lideri Carles Puigdemont-u vəzifəsindən kənarlaşdırıb və regionun Madridin birbaşa idarəçiliyinə keçdiyini elan edib.

Bazar günü Belçikada hökümət üzvlərindən biri Carles Puigdemont-a Belçikada siyasi sığınacaq verilə biləcəyini dilə gətirib.

Puigdemont-un separatçı Kataloniya höküməti İspaniya Konstitusiya Məhkəməsinin qərarına zidd olaraq müstəqillik referendumunu keçirdikdən sonra ölkə konstitusiya bohranı ilə üzləşib,

Kataloniya polisinin bildirdiyinə görə, Barselonda bazar günü təşkil olunmuş mitinqdə azı 300,000 adam iştirak edib.

Mitinqin təşkilatçıları və Madriddəki hökümətin bildirdiyinə görə isə, aksiyada 1 milyondan çox insan iştirak edib.

Kataloniyanın veteran siyasətçisi və Avropa parlamentinin keçmiş prezidenti Josep Borrell nümayişçilər qarşısında etdiyi çıxışnda deyib ki, Kataloniyanın keçmiş separatçı liderlərinin bütün regionun adından danışmaq ixtiyarı yoxdur.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: