Kürdəmirdə əkin sahələrinin su problemi etirazlardan sonra həll edildi

Nazirliklər arasında olan mübahisə əhalini ayağa qaldırdı

Kürdəmir rayonunun Kürqırağı kəndlərində yaşayan  sakinlərin oktyabrın 29-da keçirdikləri  etiraz aksiyasından sonra bu ərazidəki taxıl sahələrinin su problemi həll olunub. Bu haqda Kürdəmir sakini, Müsavat Partiyasının Məclis üzvü Lətafət Məlikova məlumat yayıb.

Etrazçıların Mollakənd-Zərdab yolunu bağlamaq istədikləri, aksiyada yüzlərlə insanın iştirak etdiyi bildirilir.

Lətafət Məlikovanın verdiyi məlumata görə, Müsavatın Kürdəmir rayon təşkilatının sədri Baha Mikayılovun təşkilatçılığı ilə başlanan etirazlar qələbə ilə başa çatıb.

“El bir olsa dağı oynadar yerindən. Baha Mikayılovun təşkilatçılığı ilə başlayan etiraz dalğası qələbə ilə sona çatdı. Səhər saatlarında Kürdəmir İcra hakimiyyətinin , Kürdəmir Polis şöbəsinin və digər qrumların rəhbərləri Kürdəmirin Kürqırağı kənlərində idi. Xalqın geri çəkilmək fikri yox idi. Məmurlar Baha bəyi həbs etmək istəsələr də, xalqın etirazın görüb geri çəkildilər”, – Lətafət Məlikova bildirib. 

“Etiraz başlanandan 10 deqiqə sonra su vuran motorlara işıq verildi. Dəli Kürün bulanıq və həyat verən suları tarlalara və həyətyanı təsərrüfatlara axmağa başladı”, – Lətafət Məlikova bildirib.

Problemin səbəbinə gəlincə, Baha Mikayılov bildirir ki, dövlət qurumları arasında olan mübahisə əhalinin su problemi ilə üzləşməsi, əkin sahələrinin  susuz qalması ilə nəticələnibmiş. 

Картинки по запросу baha mikayılov

“Payızlıq taxıl bitkilərinin əkin vaxtıdır. Kür sahillərində yaşayan  sahibkarlar pay torpaqlarında hektarlarla taxıl əkiblər və indi onların suvarılma vaxtıdır. Lakin 10 gün idi ki, mexaniki vasitə ilə suvaraılan sahələrə su verilmirdi. Əsas səbəb kimi Maliyyə Nazirliyi, Energitka Nazirliyi və Meliorasiya və su təsərrüfatı ASC arasında yaranmış anlamaşlıq göstərilir. Meliorasiya və su təsərrüfatı ASC Energetika nazirliyinə olan borcun ödəyə bilmir. Halbuki, sahibkarlar işiq və su pullarını vaxtında ödəyirlər. Nazirliklər arasında yaranmış mübahisə Kürqırağı rayonlarda (Zərdab, Kürdəmir, Sabirabad) suvarmanı çətinləşdirib. 10 gün idi ki, Kürdən su vuran motorların işığı kəsilmişdi”, – Baha Mikayılov bildirib.

“Bu, iqtisadi sabotajdan başqa heç nə deyil. Ona görə ki, haqqında söhbət gedən nazirliklərin hər üçü Dövlət qrumlarıdır. Bu qrumlar öz aralarında razılığa gələ bilmədikləri üçün kənd sahibkarları ziyan çəkirlər. Əslində, bu məmurların məqsədi sahibkarları incitmək, onları təsərüfatla məşğul olmaqdan bezikdirmək, bu sahəni monopoliyaya almaq və sonda həvəsdən düşərək əkilməyən torpaqları ucuz qiymətə almaqdır”, – Baha Mikayılov hələ etiraz aksiyasından əvvəl yaydığı müraciətdə bildirib.

Baha Mikayılov onu da qeyd edib ki, sahibkarlar məhsulu yetişdirmək üçün hər hektara 120 manat xərcləmişdilər. Kiçik sahibkarlar, orta hesabla 4-5 hektar yer əkiblər. Amma…

“Kürdəmirli təsərüfatçılar hökumət tərəfindən torpağa verilən dotasiyanı  indiyədək ala bilməyiblər. Dəfələrlərlə yerli qrumlara müraciət olunsa da, problemlər aradan qaldırılmayıb.  Yerli qurumlar bu məsələni həll etmək güçündə olmadıqlarını deyirlər”, – Baha Mikayılov bildirib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: