Müsavatçı polis bölməsinə aparıldı

Müsavtın Səbail Təşkilatının fəalı Əziz Şahinoğlu Polis Bölməsinə aparılıb.

Yaxınlarının “Basta” ya verdiyi məlumata görə bu gün saat 16:30 radələrində Müsavatın Səbail təşkilatının üzvü Əziz Şahinoğlu Suraxanı rayonu Hövsan qəsəbəsindəki 30-cu polis bölməsinə aparılıb.

Hər-hansı səbəb göstərilmədən evindən polis bölməsinə aparılan Əziz Şahinoğlunun ailə üzvləri hesab edir ki, onu Milli Şuranın keçirdiyi 28 oktyabr mitinqində iştirak etdiyinə görə aparıblar.

Xatırladaq ki, bir neçə gün ərzində Müsavatın onlarla üzvü polis bölməsində dindirilib, ailə üzvləri, siyasi fəaliyyətləri ilə bağlı sorğu-sual olunub.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: