Trampın impiçmentinə görə yaradılan petisiya 1 milyon imza topladı

Amerika milyarderi Tom Stayerin saytında yerləşdirilən ABŞ prezidenti Donald Trumpın vəzifədən kənarlaşdırılması üçün petisiya 10 gün ərzində bir milyondan çox imza toplaya bilib. Bu barədə dünən The Hill portalı xəbər yayıb.

Təşəbbüskar, Demokrat Partiyasının tərəfdarı olan miyarder Trumpa qarşı kampaniyanı 20 oktyabrda  başladıb. O, özünün YouTube kanalında Trumpı bir sıra qanunları pozmaqda və aqressiv xarici siyasətdə ittiham edən videomüraciət yayıb.

Eyni zamanda, Stayer qubernatorlar və Amerika şəhərlərinin bələdiyyə başçılarına məktublar yazaraq prezidenti vəzifədən kənarlaşdırılması üçün prosesə qoşulmağa çağırıb. Trump oktyabrın 27-də  öz Twitter səhifəsində milyarderin planlarını şərh edərək onu “tamamilə ağılsız və anormal” adlandırıb.

ABŞ Konstitusiyası prezidentin impiçmentini mümkün sayır. Bunun üçün Nümayəndələr Palatasında səs çoxluğu əldə etmək lazımdır. Bundan sonra Senat üzvlərinin üçdə iki səsi məsələni həll edir.

Tom Stayer – Farallon Capital investisiya şirkətinin təsisçisidir. Onun sərvəti 1,61 milyard dollar səviyyəsində qiymətləndirilir. Stayer Demokrat Partiyasının sadiq tərəfdarıdır, dəfələrlə bu partiyanın seçki kampaniyalarının maliyyələşdirilməsində iştirak edib. O, həmçinin ətraf mühitin qorunması ilə bağlı layihələrə sponsorluq edir. 

Heybət Əmrah

bastainfo.com

%d bloqqer bunu bəyənir: