Türkiyədən acı xəbər: 8 şəhid – JETLƏR HAVAYA QALXDI

Türkiyənin Hakkari vilayətində 8 nəfər şəhid olub.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, havanın dumanlı olmasında istifadə edən terrorçular Türkiyə ordusunun əsgərlərinə hücum ediblər. Nəticədə 6 əsgər və 2 mühafizəçi şəhid olub. 

Bildirilir ki, terror aktı İraqın şımalından gəlmiş PKK-çı dəstə tərəfindən həyata keçirilib. 

Şəhid olan əsgər və mühafizəçilərin adları açıqlanıb:

Sercan Kara (Isparta)
Emre Karaaslan (Bursa)
Ömer Küçük (Hatay)
Tayfun Kavun (Kırşehir)
Gökhan Kurak (Zonguldak)
Erhan Karaca (Samsun)
Osman Yeşil
Alaattin Tekin

Hadisədən dərhal sonra Türkiyə Silahlı Qüvvələri tərəfindən antiterror əməliyyatının həyata keçirildiyi, Jetlərin – bombardmançı təyyarələrin havaya qalxdığı, 46 PKK-çının məhv edildiyi bildirilir.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: