Ukraynada azərbaycanlı iş adamı öldürülüb

Ukraynanın Luqansk vilayətində fermer fəaliyyəti ilə məşğul olan azərbaycanlı biznesmen Səməndər Quliyev öldürülüb.

“Basta” “Report”un əldə etdiyi məlumata istinadən bildirir ki, onun meyiti vilayətin Popasnyanskiy rayonunun Ustinovka kəndi yaxınlığından tapılıb.

S.Quliyevin meyiti kəndin girişində avtomobilində yerli sakinlər tərəfindən aşkarlanıb. Onun boynunda boğulma izləri olduğu bildirilib.

Azərbaycanlı biznesmen Popasnyanskiydə dəfn olunub.
Əslən Kürdəmir rayonundan olan 1969-cu il təvəllüdlü Quliyev Səməndər Qulu oğlu uzun illərdir Luqanskda yaşayırmış və rayon ərazisində xeyli torpaq sahəsinə, heyvandarlıq təsərrüfatına sahibmiş.

Xatırladaq ki, Luqansk vilayətinin Popasnyanskiy rayonu Ukrayna nəzarətindəndir və döyüş bölgəsindən kənardır.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: