Mitinqdə Usubova qarşı plakat qaldıran müsavatçıya 20 sutka həbs cəzası verildi

Vəkil Asabəli Mustafayev Milli Şuranın 28 oktyabr mitinqinə qatıldğı üçün 20 sutka müddətinə azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Əziz Şahinoğlu ilə görüşüb.

Vəkil həbsin qanunsuz olduğunu, məhkəmənin hökmündən apelyasiya şikayəti verdiyini bildirib.

Qeyd edək ki, Əziz Şahinoğlu mitinqdə “Ramil Usubov, qardaşın qisasını qardaşdan almağı durdur” şüarı yazılmış plakat qaldırıb. Hüquq müdafiəçisi Oqtay Gülalıyevin yaydığı məlumata görə, mitinqin gedişində mülki geyimli polis Əziz Şahinoğluna yaxınlaşaraq, zorla onun əlindən plakatı alıb əzib və mitinqçini özü ilə aparıb”.

Əziz Şahinoğluna Suraxanı rayon məhkəməsinin qərarı ilə polisə müqavimət adı ilə 20 sutka inzibatı həbs cəzası verilib.

“Əcaib vəziyyətdir. Razılaşdırılmış dinc mitinqə hücum çək, fikrini etik və qanun çərçivəsində yazılı plakatda bildirən vətəndaşın əlindən plakatını al cır. Sonra da onu polisə müqavimət adı ilə həbs elə. Bu addım həyasızlığın və abırsızlığın pik həddidir…”, – Oqtay Gülalıyev bildirib.

shahino]lu

Bastainfo.com

 
%d bloqqer bunu bəyənir: