SOCAR-ın neft buruğunda faciə: ölən və yaralanan var

Qaradağ rayonu ərazisində yerləşən “Azneft” İstehsalat Birliyinin buruğunda faciə baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Yenicag.az məlumat yayıb. Qeyd edilir ki, buruqda boru 52 yaşlı Gözəlov Fikrət Alıkişi oğlu və 54 yaşlı Ədilov Cavad Əlibala oğlunun üstünə düşüb.

Ağır xəsarətlər alan işçilər xəstəxanaya çatdırılıb. Fikrət Gözəlov aldığı xəsarətlərlə xəstəxanada dünyasını dəyişib.

Digər yaralının vəziyyəti isə orta ağır kimi qiymətləndirilib.

Dövlət Neft Şirkətinin mətbuat katibi Nizaməddin Quliyev məsələnin araşdırıldığını bildirib.

%d bloqqer bunu bəyənir: