Daha bir neftçi həlak oldu

Noyabrın 4-də səhər “28 May” NQÇİ-nin 14 saylı dərin dəniz özülündə qazmaçı köməkçisi Rasim Əliyev həlak olub.

SOCAR Dövlət Neft Şirkətinin saytının məlumatına görə, o 262 saylı quyuda işləyən zaman dənizə düşüb. Onu sudan çıxarmaq mümkün olsa da həyatını xilas etmək mümkün olmaylb. Hadisənin səbəbləri araşdırılır.

Son iki ildə SOCAR-ın dəniz obyektlərində 40-dan çox neftçi həlak olub.

%d bloqqer bunu bəyənir: