Piketdə iştirak edən müsavatçı işdən çıxarıldı

Müsavat Partiyasının noyabrın 3-də Bakı şəhər İcra Hakimiyiyyətinin binası qarşısında keçirirdiyi piketdə iştirak edən Seymur Namazov aksiyaya qatıldığına görə işdən çıxarılıb. 

Seymur Namazov Müsavat Partiyası Abşeron rayon təşkilatının üzvüdür. O, “Basta”ya açıqlamasında bildirib ki, bu günə qədər Musiqili Komediya Teatrında rəqs (balet) truppasında çalışıb.

ishden chixarildi

“Bu gün səhər işə çatan kimi şöbə rəsi dedi ki, işdən çıxarılmısan. O, mənə dünənki piketdə çəkilən şəkillərimi göstərdi və səbəb kimi bunu göstərdi. Halbuki, bu gün tamaşam da vardı. Əslində, burada şöbə rəisinə aid bir iş yoxdur. Mənim işdən çıxarılmağım barədə göstərişi teatrın direktoru Əliqismət Lalayev verib”, – Seymur Namazov bildirib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev beynəlxalq tədbirlərdə Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunduğunu vurğulayır. Noyabrın 3-də Müsavat Partiyasının keçirdiyi dinc aksiyadan sonra 9 nəfər saxlanılaraq, onlara xəbərdarlıq edilib. Bundan əvvəl Milli Şuranın icazəli mitinqində iştirak edən müsavatçı Əziz Şahinoğlu (Qəhrəmanov) Suraxanı rayon məhkəməsinin qərarı ilə 20 sutka müddətinə azadlıqdan məhrum edilib.

Buna da bax: Mitinqdə Usubova qarşı plakat qaldıran müsavatçıya 20 sutka həbs cəzası verildi

Bastainfo.com

%d bloqqer bunu bəyənir: