Kataloniyanın sabiq rəhbəri Belçika polisi tərəfindən saxlanıldı

İspaniyanın Kataloniya muxtar vilayətinin sabiq rəhbəri Karles Puçdemon Brüssel polisi tərəfinndən saxlanılıb.

“Report” xəbər verir ki, faktı Brüssel Prokurorluğu təsdiq edib.

Qeyd olunur ki, o və Kataloniyanın dörd keçmiş naziri Belçika polisinə təslim olub.

Bundan əvvəl Puçdemonun Brüsseldə polis məntəqəsinə gəldiyi xəbər verilmişdi.

Noyabrın 3-də Belçika Puçdemonun həbsinə dair order alıb.

 

%d bloqqer bunu bəyənir: