Səudiyyədə korrupsiyaya görə saxlanılanlar arasında şahzadələr var

Səudiyyədə 11 şahzadə, 4 nazir və onlarla keçmiş nazir media xəbərlərinə görə, antikorrupsiya komitəsi tərəfindən saxlanılıb.

Saxlanılmalar, kral fərmanına uyğun olaraq vəliəhd Məhəmməd bin Salman başda olmaqla yeni komitə təsis olunduqdan bir neçə saat sonra keçirlib.

Twitter və Apple şirkətlərinə investisiyalar yatırmış şahzadə Əl-Valid bin Talal saxlanılanlar arasındadır.

Kral Salman milli qvardiya və donanmanın rəhbərlərini də dəyişdirib.

Yeni antikorrupsiya komitəsinin həbslər keçirmək və ölkədən çıxmağı qadağan etmək səlahiyyəti var.

Səudiyyənin yayım şirkəti Al-Arabiya bildirib ki, 2009-cu ildə Ciddə daşqını və 2012-ci ildə Səudiyyə Ərəbistanında Mers adlı virus epidemiyası ilə bağlı arşadırmalar aparılır.

Lakin təhlilçilər son gedişləri vəliəhdin öz hakimiyyətini möhkəmlətmək niyyəti kimi yozurlar.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: