“Aksiya iştirakçısının işdən çıxarılması, yaxud həbs edilməsi sərbəst toplaşmaq azadlığına qəsddir”

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə Divan üzvü Razim Əmiraslanlı görülən işlər və qərarların icrası barədə  məlumat verib.

Başqan Arif Hacılı Türkiyə Cümhuriyyətinin 94-cü ildönümü münasibəti ilə Bakıda təşkil olunmuş bayram tədbiri barədə məlumat verib. Divan üzvü Tofiq Yaqublu Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı sazişi müzakirə edəcək heyətin nümayəndəsi ilə görüşü haqqında məlumat verib.

Divanda Müsavat Partiyasının 3 noyabrda Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi piket geniş müzakirə olunub. Piketin baş tutduğu və uğurlu alındığı xüsusi qeyd olunub. Aksiya iştirakçılarına təşəkkür elan edilib.

İclasda Müsavat Partiyasının 3 noyabr aksiyasında iştirak etdiyinə görə Seymur Namazovun işdən çıxarılması və bundan əvvəl Milli Şuranın mitinqində iştirak edən müsavatçı Əziz Qəhrəmanovun Suraxanı rayon məhkəməsinin qərarı ilə 20 sutka müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycan hakimiyyətinin vətəndaşların sərbəst toplaşma azadlığına qəsdi kimi qiymətləndirilib. 

Divan  iclasında ölkədə və dünyada baş verən  ictimai-siyasi proseslərə münasibət bildirib. Sonda cari məsələlərə baxılıb.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: