İşdən çıxarılan müsavatçı ilə bağlı yeni gəlişmə: “Bu gün direktor dedi ki…”

Müsavat Partiyasının noyabrın 3-də Bakı şəhər İcra Hakimiyiyyətinin binası qarşısında keçirirdiyi piketdə iştirak etdiyinə görə işdən çıxarılan Seymur Namazov bu gün çalışdığı Musiqili Komediya Teatrında olub. O, işdən çıxmaq barədə təzyiq altında yazdığı ərizədən imtina etməsi barədə yazılı müraciəti rəsmən teatrın direktoru Əliqismət Lalayevə təqdim edib.

Seymur Namazov “Basta”ya açıqlamasında bildirib ki, Əliqismət Lalayev əvvəlcə onun işdən çıxarılması məsələsində rolu olduğunu  danıb.

“Mənə dedi ki, nə ərizə yazmağından, nə mitinqdə iştirak etməyindən, nə işdən çıxarılmağından xəbərim olmayıb. Dedi mənim adımdan istifadə ediblər. Dedim, onda mən qayıdıb işləyə bilərəm də, qanunla öz ərizəmdən də imtina etmək hüququm var. Dedi ki, yox, sən müqavilə əsasında işləyirsən, mən müqaviləni birtərəfli qaydada pozuram, istəyirsən get ver məhkəməyə”, – Seymur Namazov bildirib.

Seymur Namazov siyasi baxışlarına görə işdən qanunsuz çıxarılması ilə əlaqədar yaxın günlərdə məhkəməyə müraciət edəcəyini vurğulayıb. 

Seymur Namazov

Qeyd edək ki, Seymur Namazov 2001-ci ildən Musiqili Komediya Teatrında rəqs (balet) truppasında çalışıb. Noyabrın 4-də ona deyiblər ki, işdən çıxarılmısan. Buna səbəb kimi, onun 3 noyabr aksiyasında iştirak etdiyi bildirilib və Seymur Namazovun həmin piketdə iştirakını təsdiqləyən şəkil göstərilib. Daha sonra Milli Məclisin üzvü Jalə Əliyeva mətbuata verdiyi açıqlamada Musiqili Komediya teatrının dövlət təşkilatı olduğunu söyləyib və “dövlət qurumunda işləyən adamın dövlətçiliyə qarşı çıxmasının yolverilməzdir” deyib. Əlavə edək ki, 3 noyabr aksiyasında Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələb olunub.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: