Səudiyyə Ərəbistanında xanım şahzadə saxlanıldı

Səudiyyə Ərəbistanında antikorrupsiya tədbirləri çərçivəsində şahzadə Rim bint əl-Valid ibn Talal saxlanılıb.

Bu barədə Ərəbi 21 telekanalı öz mənbələrinə istinadən məlumat verir.

Bu krallığın tarixində rüşvətxorluqda ittihamla həbs edilən ilk xanım şahzadədir.

Qeyd edək ki, bundan əvvəl onun atası səudiyyəli milyarder əl-Valid ibn Talal ibn Əbdül-Əziz əl Səud da korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılıb.

Ötən həftəsonu Səudiyyə Ərəbistanında 11 nüfuzlu şahzadə, ordu zabitləri, nüfuzlu biznesmenlər, keçmiş nazirlər həbs olunub.

Əksər beynəlxalq media orqanları yazır ki, taxt-tacın varisi Mohammed bin Salman bununla öz hakimiyyətini gücləndirir.

 

oxu.az

 

%d bloqqer bunu bəyənir: