Türkiyədə Rusiyadan olan onlarla müsəlmanın saxlanmasının pərdəarxası

Türkiyədə son iki həftə ərzində yerli xüsusi xidmət orqanları 30-dan çox rusiyalınısaxlayıb, BBC mənbələri xəbər verib.

Həmin məlumata əsasən, saxlanılanların hamısı Rusiyanı hakim dairələrin təzyiqi altında tərk etmiş rusiyalı müsəlmanlar icmasının üzvləridir.

Bəzi məlumatlara görə, son ay ərzində Rusiyadan olanlardan 80 nəfərə yaxın adam saxlanılıb.

Saxlanılanların qohumları və vəkillərinin sözlərinə görə, hakimiyyət onları Türkiyənin milli təhlükəsizliyinə hədə yaratmaqda şübhəli bilir.

Vəkillər deyiblər ki, müstəntiqlər saxlanılanlardan bəzilərinə onların Rusiyaya verilə biləcəyini bildiriblər.

BBC şərh almaq üçün İstanbulda və Ankarada Türkiyə DİN-ə və Ankara meriyasına müraciət edib, lakin müraciət edilənlərdən heç biri BBC-yə şərh verməyib.

Polis və məhkəmənin hərəkətlərinə dair rəsmi informasiya olduqca azdır.

Ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra yeridilən fövqəladə vəziyyət rejimi qüvvədə qalmaqda davam edir.

Gecələr gəlirlər”

“Maskalılar gecələr gəlib adamları aparır. Yaşlıları, çoxuşaqlı anaları da saxlayırlar. Qadınları aparandan sonra, onların uşaqları evdə ağlaya-ağlaya qalır”, – Alaniyada yaşayan rusiyalı deyir.

BBC-ə anonimlik şərtilə danışan Türkiyədəki rusiyalı müsəlmanlar diasporunun nümayəndələri deyir ki, son həbslər dalğası bir aydır ki, davam edir.

Çoxları bunu Moskva ilə Ankara arasında əlaqələrin yaxşılaşması ilə əlaqələndirir.

Onlar hesab edir ki, Rusiyada Türkiyəyə köçmüş müsəlmanları Rusiya xüsusi xidmətlərinin xahişi əsasında saxlayırlar.

“Bizdə olan məlumatlar güman etməyə əsas verir ki, çox vaxt saxlanmalar Rusiyadan göndərilən sorğu əsasında edilir. Moskva yazır kı, o və ya bu adam Türkiyənin milli təhlükəsizliyi üçün hədə yarada bilər. Ankara bu məlumatı yoxlamadan göstərilən ünvanlara polis göndərir”, – Türkiyədə rusiyalı mühacirlər assosiasiyasının mətbuat-katibi Salman Sever deyir.

Növbəti dalğa?

Türkiyədə yaşayan rusiyalı mühacirlərin kütləvi sürətdə saxlanması bundan əvvəl də baş verib.

“Türkiyənin hüquq-mühafizə strukturları rusiyalı həmkarlarının xahişlərinə diqqətlə yanaşır və fərqli düşünənlərlə mübarizə aparmağa kömək edir. Bu, sadəcə, xüsusi xidmətlərin klassik əməkdaşlığı deməkdir”, – BBC-ə anonimlik şərtilə danışan Türkiyədə yaşayan rusiyalılardan biri qeyd edib.

Əvvəllər Rusiyaya daha çox özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə əlaqədə şübhəli bilinənləri deportasiya edirdilər.

Türkiyə DİN-nin məlumatına görə, 2017-ci ilin iyul ayınadək silahlılara qoşulmağa cəhd etdiklərinə görə 800-dən artıq rusiyalı deportasiya olunmuşdu.

İndi isə, söhbət Rusiyaya radikal esktremistlərlə bağlı olmayanların da verilməsi mümkünlüyündən gedir.

Misal üçün, 1990-2000-ci illərdə Rusiyaya qarşı döyüşlərdə iştirak edənlərin və Rusiyanın Suriyada hərəkətlərini pisləyənlərin də ekstradisiyası mümkün sayılır.

Владимир Путин и Реджеп ЭрдоганRusiya-Türkiyə münasibətləri son zamanlar sürətlə yaxşılaşır. Sonuncu dəfə Rusiya və Türkiyə prezidentləri arasında təkbətək görüş sentyabrın 28-də Ankarada keçirilib.

 

Rusiya müsəlmanları diasporu təmsilçilərinin sözlərinə görə, əvvəllər Türkiyə xüsusi xidmətləri onları Rusiyadan gələn sifarişlər barədə xəbərdar edir və Türkiyəni növbəti polis reydi başlanana qədər tərk etməyi təklif edirdi.

İndi isə, vəkillərin sözlərinə görə, Şimali Qafqazdan olan saxlanılanlardan bir neçəsinə deyilib ki, onları ailələrilə birlikdə Rusiyaya deportasiya edə bilərlər.

Belə deportasiyalara hüquqi əsas verən müqavilə bu yaxınlarda qüvvəyə minib.

Hüquqi incəliklər

Rusiya ilə Türkiyə arasında cinayət işləri xəttilə hüquqi yardım və axtarılan şəxslərin verilməsi barədə saziş 2014-cü ildə imzalansa da, işləmirdi.

Yalnız bu ilin iyulun 21-də iki ölkə arasında münasibətlərin yaxşılaşması fonunda həmin saziş işə salındı.

“Bildiyimiz qədər, Ankara, əvəllər, saxlanılan rusiyalılar barədə məlumatı heç də həmişə Moskvaya ötürmürdü, indi isə vəziyyət dəyişib – indi hər bir saxlanılan rusiyalı barədə məlumat Moskvaya ötürülür”, – Türkiyədə rusiyalı mühacirlər assosiasiyasında qeyd ediblər.

Kimi gəldi, tutmurlar

Молитва в мечетиTürkiyədə Rusiyadan müxtəlif səsbəblərə görə köçmüş bir neçə min müsəlman yaşayır.

 

Türkiyənin aparıcı hökümətyönlü CETA analitik mərkəzində qeyd edirlər ki, Türkiyədə rusiyalı müsəlmanların saxlanılmasının səbəbi heç siyasətlə bağlı olmaya da bilər.

Türkiyədə son 1,5 il ərzində azı iki səs salmış hücum Rusiya və digər MDB ölklərinin təmsilçiləri tərəfindən törədilmişdi.

2016-cı il iyunun 28-də 3 nəfər – Rusiya, Qırğızıstan və Tacikistan vətəndaşları – İstanbul aeroportunda atəş açıb, sonra isə özünü partladıb.

Hücum nəticəsində 45 nəfər həlak olub, Türkiyə bu hadisənin terror aktı olduğunu bəyan edib.

2017-ci il 1 yanvar gecəsi Özbəkistandan olan şəxs İstanbuldakı gecə klubunun qonaqlarına atəş açıb, nəticədə 39 nəfər həlak olub.

CETA təhlilçilərinin qənaətinə görə, belə bir vəziyyətdə, Türkiyə xüsusi xidmətlərinin rusdilli müsəlmanların kompakt yaşadıqları rayonlarda reyd keçirməsi təəccüblü görünmür.

“Ümumilikdə götürəndə, xüsusi xidmətlər arasında kəşfiyyat və potensial təhlükələr barədə məlumat mübadiləsi bütün dünyada normal praktika sayılır”, – CETA-nın təhlükəsizlik problemlərinin araşdırılması şöbəsinin rəhbəri Murat Yeşiltaş deyir.

“Moskvadan sifariş gəldiyinə görə polis, kimi gəldi, tutmur, – Yeşiltaş deyir. – Həbs aparmaq və ya deportasiya etmək üçün ciddi sübut bazası toplanmalıdır”.

“Digər ölkədən gələn məlumat polisə və xüsusi xidmətlərə yalnız ipucu verir. Göstərilən şəxsə nəzarət edilməyə başlanılır. Yalnız şübhələr öz təsdiqini tapandan sonra həmin adamı saxlayırlar. Ardıcıllıq bu cür olur, daha bunun əksinə yox”, – Yeşiltaş qeyd edir.

Мечеть в СтамбулеTürkiyədə yaşayan rusiyalı müsəlmanları narahat edən odur ki, Ankara Rusiyaya, Türkiyə üçün təhlükə kəsb edənləri yox, Moskvanın ələ keçirmək istədiyi şəxsləri deportasiya edə bilər.

Medalın iki üzü

Türkiyəyə köçmüş rusiyalı müsəlmanların dəqiq sayını heç kim bilmir.

Ekspertlərə görə, belələri bir neçə min təşkil edə bilər, müsəlmanların özü isə hesab edir ki, belələri on minlərlədir.

Suriya və İraqda mövqelərini itirib Türkiyəyə qaçan İD silahlıları və tərəfdarlarının sayı az deyil.

Gizlənməyə çalışan cihadçıları aşkara çıxarmaq asan iş deyil.

Ankaraya vəziyyəti nəzarəti altında saxlamaq gərəkdir.

Türkiyə DİN-nin məlumatına əsasən, Suriya və İraqdan Türkiyəyə sərhədi pozaraq keçdikləri zaman saxlanılmış xaricilər arasında rusiyalılar sayca birinci yerdədir.

Odur ki, Türkiyə Rusiya xüsusi xidmətlərindən gələn məlumatlara diqqətlə yanaşır.

Lakin Rusiya tərəfi bəzən esktremistlər siyahısına cihadçılıq ideologiyasından uzaq olanların da adını salır, misal üçün, onlar Rusiyanın Suriyada hərəkətlərinə etiraz etdiyinə görə.

“Türkiyədə yaşayan rusiyalı mühacirlər arasında İD təsirinə qarşı mübarizə aparanların sayı az deyil”, -Şimali Qafqazdan İstanbula gəlib burada yaşayan rusiyalı deyir.

“İD üzvləri, hətta onlardan bəzilərinə, qiyabi olaraq, ölüm cəzası kəsiblər. Türkiyə isə bunun müqabilində nə etdi? Həmin adamlar digərləri ilə yanaşı növbəti reyd zamanı həbs olundu”, – BBC-nin həmsohbəti gileyini bildirir.

Diasporanın bəzi üzvləri, həyatları üçün narahatdırlar.

2015-2016-ci illərdə Türkiyədə Mərkəzi Asiya və Şimali Qafqazdan olan bir neçə miqrant qətlə yetirilmişdi.

Türkiyə polisi hesab edir ki, bir neçə halda qətllər Rusiyadan gələn killerlər tərəfindən törədilə bilərdi.

BBC-nin bu yaxınlarda keçirdiyi araşdırması müəyyən edib ki, onlardan bəziləri Rusiya xüsusi xidmətləri ilə bağlı ola bilərdi.

 

%d bloqqer bunu bəyənir: