Azərbaycan İnterpol xətti ilə beş Gürcüstan vətəndaşını axtarır

Gürcüstanın beş vətəndaşı Azərbaycan hüquq mühafizə orqanları tərəfindən soyğunçuluqda ittiham olunaraq İnterpol xətti ilə barələrində beynəlxalq axtarış elan edilib.

Amerikanın Səsi xəbər verir ki, bu barədə Gürcüstanın newsgeorgia.ge saytı məlumat yayıb.

Saytın məlumatına görə, İnterpol vasitəsi ilə axtarılanlar Gürcüstan vətəndaşları Emil Hacıyev, Zaur Giviaşvili, Hüseyn Xamoyev, Giorgi Bukatsaşvili və Ramaz Leşkaşelidir.

Azərbaycan mətbuatının məlumatına görə, İnterpol xətti ilə axtaışda onların hamısı bu ilin avqustunda Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində baş vermiş soyğunçuluq ilə bağlıdır.

Belə ki, yerli hüquq mühafizə orqanlarının məlumatına görə, bir qrup şəxs 61 yaşlı İradə Əliyevanın evinə girərək dəyəri 200 000 manat (117 min dollar) olan ziynət əşyaları, evdəki seyfdən isə 75 min manat (təxminən 44 000 dollar), 11 000 ABŞ dolları oğurlayıb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: