Başqan qayıtdı

Müsavat Partiyasının başqanı Arif Hacılının Brüsselə rəsmi səfəri başa çatıb və o, ötən gecə Bakıya qayıdıb.  Müsavat mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, Bakı hava limanında Arif Hacılını bir qrup müsavatçı qarşılayıb. 

Müsavat başqanı noyabrın 8-9-da Avropa Parlamentində Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində təşkil olunan müzakirələrdə iştirak edib.

Mətbuat xidmətindən bildirilib ki, Arif Hacılı mötəbər toplantıda keçirdiyi görüşlər və iştirak etdiyi müzakirələr barədə əlavə məlumat veriləcək.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: