Hakimiyyət saytında yazılan ittihamlara Arif Hacılıdan cavab

Azərbaycan cəmiyyətinin maraqları naminə Avropanın bu böyük ictimai xadimi ilə daha yaxın əlaqələr quracağam.

Müsavat başqanı Arif Hacılı Aznevs.az saytında dərc olunmuş “Arif Hacılı, Corc Soros və 500 avro aylıq” başlıqlı məqaləyə öz “Facebook” səhifəsində status yazaraq münasibət bildirib.

Arif Hacılı hakimiyyətə yaxın olan Aznevs.az saytının onun Fridrix Naumann fondunun prezidenti Volfgang Gerhardla görüşünü gizlətdiyini, Soros Fondundan maliyyə dəstəyi aldığını iddia edən məqaləyə sərt reaksiya verib. 

“Biz Naumann fondu prezidenti ilə tanışıq, amma təəssüf ki, onunla hələlik xüsusi əlaqələrimiz yoxdur. 3 gün əvvəl paylaşdığım şəkildə sağdan 2-ci Volfgahg Gerharddır. Avropa Parlamentində Şərq Tərəfdaşlığı mövzusunda müzakirələr çərçivəsində onunla da fikir mübadilələrimiz oldu. İkinci şəkil bu müzakirələr zamanı çəkilib.” -Arif Hacılı bildirib.23472400_1820376787990903_6685485053414506850_n

“Ötən ay Almaniyanın Gummersbax şəhərində keçirilən beynəlxalq tədbirdə isə Volfgang ümumiyyətlə iştirak etmirdi.

Dekabr ayında Amsterdam şəhərində başqa bir mühüm beynəlxalq tədbirə dəvət almışam. Bildiyimə görə Volfgang Gerhard da bu tədbirdə iştirak edəcək. Azərbaycan cəmiyyətinin maraqları naminə Avropanın bu böyük ictimai xadimi ilə daha yaxın əlaqələr quracağam.

Soros fondu Azərbaycanda uzun illər leqal fəaliyyət göstərib. Google da axtarış verməklə bu fondun kiminlə işlədiyini, kimlərə, hansı təşkilatlara maliyyə ayırdığını öyrənmək çox asandır. 

Soros və Arif Hacılı, Soros və Müsavat. Çox gülünc söhbətdi. Hakimiyyətdə olanlar da, QHT nümayəndələri də bunu çox yaxşı bilir.” -Arif Hacılı əlavə edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: