Xəyalında yaratdığı sevgilisindən məktub alan şair

Xəyalında yaratdığı sevgilisindən məktub alan şair Cahit Sıtkı Tarançı!

Cahid Sıtkı uzun illər hüzün dolu ürəyinin sirrlərini yazmış.

Arşınladığı dünyanın kədərini sətirlərə düzmüş, bezməmiş, şerə sarılmış.

Yazmış, yazmış….

Həyatın gətirdiklərinə də, apardıqlarına da, təşəkkür etmiş.

Lakin bir sevgilisinin olmaması onu içəridən didib-dağıtmış, qurd kimi gəmirmiş.

Tarançı Qalatasaray Litseyində oxuduğu zaman bir il yarım öz-özünə məktub yazmış, xəyalında gözəl bir sevgili uydurmuş.

Öncə xəyalında sevgili yaradan şair sonra sevgilinin adından özünə məktublar yazmış, beləcə ovunmuş yalnızlığıyla. Ruh almış yalançı məktublardan.

Şəhərdəki tənhalığı, özünü qadınlar tərəfindən maraqsız hiss etməsi, yaraşıqsız hesab etməsi Tarançının bu hərəkətə yol verməsinə səbəb olmuş.

Şair bu məsələylə bağlı fikirlərini dostu Şəmsəddin Kutluya dəfələrlə danışmış.

O hekayənin yazılı olduğu məktubdan bunun səbəbini anlamaq olur.

Cahid Sıtkı Tarançı Diyarbəkirdən İstanbula oxumaq üçün gəlir. Qalatasaray Litseyində oxumağa başlayır. İçinə düşdüyü tənhalıq halının təsiri ilə özünə xəyali bir sevgili yaradır və onun dilindən özü-özünə məktublar yazır.  Sevgililərindən məktub alan məktəbli yoldaşlarını, əl-ələ gəzən sevgililəri gördükcə içinə qapanar, sevgilisizliyi bir faciəyə çevirərmiş.

 

 

….bir gün özənə, düzənə sevgilimdən özümə bir məktub yazdım, Beşiktaş poçtuna gedib özümə yolladım.

***

….məktubun əlimə keçdiyi günkü həyacanımı anlada bilmirəm. Bu gerçək bir qızdan gəlsəydi ancaq bu qədər duyğulana bilərdim. Bir zaman sonra bu məktubunu yaxın dostuma oxuyarkən, “Cahid sən lap tayını tapmısan, sən şair, o şair” deyərdi.

Xəyali sevgilidən gələn məktublar uzun zaman davam etmiş, Cahit Sıtkı içindəki məktuba özünü çatdırmışdı. Ancaq yazar məktublarında yazdığı kimi sevgilisinə xəyanət etmiş, məktub yazmağı buraxmışdı.

OTUZ BEŞ YAŞ ŞİİRİ

Yaş otuz beş! yolun yarısı eder.
Dante gibi ortasındayız ömrün.
Delikanlı çağımızdaki cevher,
Yalvarmak, yakarmak nafile bugün,
Gözünün yaşına bakmadan gider.

Şakaklarıma kar mı yağdı ne var?
Benim mi Allahım bu çizgili yüz?
Ya gözler altındaki mor halkalar?
Neden böyle düşman görünürsünüz,
Yıllar yılı dost bildiğim aynalar?

Zamanla nasıl değişiyor insan!
Hangi resmime baksam ben değilim.
Nerde o günler, o şevk, o heyecan?
Bu güler yüzlü adam ben değilim;
Yalandır kaygısız olduğum yalan.

Hayal meyal şeylerden ilk aşkımız;
Hatırası bile yabancı gelir.
Hayata beraber başladığımız,
Dostlarla da yollar ayrıldı bir bir;
Gittikçe artıyor yalnızlığımız.

Gökyüzünün başka rengi de varmış!
Geç farkettim taşın sert olduğunu.
Su insanı boğar, ateş yakarmış!
Her doğan günün bir dert olduğunu,
İnsan bu yaşa gelince anlarmış.

Ayva sarı nar kırmızı sonbahar!
Her yıl biraz daha benimsediğim.
Ne dönüp duruyor havada kuşlar?
Nerden çıktı bu cenaze? ölen kim?
Bu kaçıncı bahçe gördüm tarumar?

Neylersin ölüm herkesin başında.
Uyudun uyanamadın olacak.
Kimbilir nerde, nasıl, kaç yaşında?
Bir namazlık saltanatın olacak,
Taht misali o musalla taşında.

 

Şeirlərində əşya-insan adına qurduğu münasibət ədəbiyyat araşdırmalarına səbəb olmuşdu. Heca vəznini müvəffəqiyyətlə istifadə edən Tarançı az sözlə çox şey deməyin tərəfdarı olduğunu hər fürsətdə bildirmişdi.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: