Benzin və dizel yanacağının qiyməti gündəmə gətirildi

“Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirib.

“Caspian Energy” jurnalına müsahibəsində C. Məmmədov Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini deyib. 

“Premium” markalı benzinin qiymətinə gəlincə, şirkət rəhbəri qeyd edib ki, buna bir neçə amil təsir edir. Bunların arasında Avropanın neft məhsulları bazarındakı tendensiya, dünya bazarında neftin qiyməti, dolların məzənnəsi, nəqliyyat xərcləri yer alıb.

“İstənilən halda biz ticarət marjamızı aşağı salmağa çalışırıq ki, yanacaq istehlakçılar üçün daha əlçatan olsun”, – deyə o vurğulayıb, APA məlumat yayıb.

Müşahidəçilərin qənaətinə görə, benzin və dizel yanacağının qiymətinin gündəmə gətirilməsi təsadüf deyil. İstisna deyil ki, növbəti bahalaşma qərarı üçün ictimai rəy formalalaşdırılır.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: