İranda dəhşətli zəlzələ: ölü sayı 328-ə çatdı – VİDEO/ YENİLƏNİB

“Basta” Türkiyə mediasına istinadən bildirir ki, İranda 7.3 bal gücündə daha bir təkan olub.

İranın Kermanşah əyalətinə yaxın ərazilərdə həyatlarını itirənlərin sayı durmadan artır.

Ölü sayı 328, yaralı sayının 1700-ə çatdığı bildirirlir. Xəbərə görə Türkiyə zəlzələ bölgəsinə yardım göndərdi. İlk xilasedicilər İranın Süleymaniyə şəhərində vəziyyətə müdaxilə etdi.

***

İran-İraq sərhəddində da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.

Bu barədə İran telekanalı “Press TV” xəbər verir. İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.

APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara Cəmiyyətindəki mənbə bildirib.

“Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, – deyə mənbə bildirib.

İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardımların göstərilməsi üçün təcili tədbirlər görməyi tapşırıb.

İraq ərazisində 6 nəfər təbii fəlakətin qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

oxu.az

%d bloqqer bunu bəyənir: