Azərbaycandan Rusiyaya aparılan 20 ton tütün sərhəddən geri qaytarıldı

Azərbaycandan Rusiyaya aparılan 20 ton fermentləşmiş tütün “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsindən geri  qaytarılıb. Rusiya mətbuatında yayılan məlumata görə, buna səbəb Rusiya Kənd Təsərrüfatı Nəzarət İdarəsinin Dağıstan bölməsinin qərarı olub. 

Qeyd edək ki, noyabrın 8-də Azərbaycandan Rusiyaya aparılan 52 tondan artıq meyvə və ərzaq məhsulları gömrük keçid məntəqəsindən geri qaytarılıb. 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: