Arif Hacılı Müsavatın vətənə dönüşündən yazdı

Bu gün Müsavat Partiyasının qərargahında Müsavatın vətənə dönüşünün, III (bərpa) qurultayının 25-ci ildönümü qeyd olunub.

Müsavat başqanı Arif Hacılı Müsavatın vətənə dönüşü barədə öz “Facebook” səhifəsində status yazaraq bu sözləri deyib.

“Müsavatın Azərbaycana böyük dönüşü əslində ötən əsrin 80- ci illərindən başlamışdı. İstiqlal ideyası yayılmış, milli bayrağımız yüzminlərlə vətən fədaisinin iştirak etdiyi mitinqlərdə dalğalanmışdı.

Müsavatçılıq prinsiplərini Xalq Hərəkatının əsas təşkilatı olan AXC-nin proqramına 1- ci maddə olaraq daxil etmişdik. 

Ancaq Müsavat Partiyasının vətənə dönüşü rəsmi olaraq 25 il əvvəl baş verdi. Müsavat 25 il əvvəl Respublika Sarayında keçirilən möhtəşəm III qurultayında bərpa olundu. 

Bu gün Müsavat Partiyasının qərargahında Müsavat və Azərbaycan xalqı üçün əlamətdar olan bu tarixi hadisəni təntənə ilə qeyd etdik. 

Bütün müsavatçıları və Azərbaycan vətənsevərlərini bir daha təbrik edirəm. 

Bu Vətən Bizimdir!” -Arif Hacılı bildirib.

Qeyd edək ki, bu gün Müsavat Partiyasında bayram tədbiri keçirilib. Müsavatçılar şirniyyat süfrəsi arxasında partiyanın vətənə dönüşünün – III (bərpa) qurultayının 25-ci ildönümü qeyd ediblər.

Tədbirdə Müsavat başqanı Arif Hacılı,  MSDM-in sədri İsa Qəmbər, istiqlalçı millət vəkilləri Məryəm Həsənova və İsgəndər Həmidov, professor Almaz Əliqızı və digərləri çıxış ediblər.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: