Soçidə Putin Ərdoğanla görüşdü – biznes planlar cızıldı

Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və türk  iş adamları ilə Rusiya Dövlət Başçısı Vladimir Putin  arasında dörd saatdan çox davam edən görüş başa çatıb. Bu barədə RİA Novosti xəbər verir.

Putin görüşləri məhsuldar adlandırıb. Ərdoğan Rusiya ilə ticarət əlaqələrində qalan məhdudiyyətlərin də aradan qaldırılmasının tərəfdarı olduğunu söyləyib. Qeyd edib ki, 2017-ci ilin birinci rübündə ikitərəfli iqtisadi əlaqələrin həcmi 15 milyard dolları keçib.

Həmçinin, Türkiyə lideri Rusiya ilə əməkdaşlığın prioritet istiqamətlərindən danışıb. “Mən müdafiə sənayesində birgə səylərə böyük əhəmiyyət verirəm”, – deyib. Bundan əlavə, Ərdoğan Putini “Akkuyu” atom elektrik stansiyasında ilk betonun tökülməsi mərasiminə dəvət edib.

 

Heybət Əmrah

Bastainfo.com

%d bloqqer bunu bəyənir: