İrəvanda polislə tələbələr arasında qarşıdurma baş verdi

“Basta” Missiya.Az ın yaydığı xəbərə istina edərək bildirir ki, Ermənistanda tələbələr hərbi xidmətə çağırılma ilə bağlı möhlət hüququnun ləğv olunması barədə xəbərə etiraz edərək etiraz aksiyası keçirib.

Ermənistan Parlamentinin qarşısında etiraz edən bir qrup tələbə ilə polis arasında qarşıdıruma baş verib. Dəmirçiyan küçəsini bağlayan tələbələr ağlasılmaz hesab etdikləri qanun layihəsinə düzəliş olunmasını tələb ediblər.

Hal-hazırda polis ərazini nəzarətə götürsə də, yolu açmağa nail olmayıb.

Qeyd: qanun layihəsində möhlət hüququ alan tələbələrin elmi işlərini tamamladıqdan sonra hərbidə 3 il müddətinə xidmət etməsi barədə müqavilə imzalayacağı bildirilir.

 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: