Rusiya təyyarələrinin Suriyanı bombalaması nəticəsində 53 nəfər həlak oldu

Rusiya Hərbi Hava Qüvvələrinin Suriyanın şimal-qərbinə noyabrın 13-də hücumundan sonra Atarib şəhərində xeyli sayda mülki əhalinin öldüyü bildirilir.

“Basta” knk.media xəbər saytına istinadən bildirir ki, bu məlumatı Suriya İnsan Haqları Monitorinq Mərkəzi yayıb.

Məlumatda 53 nəfərin öldüyü bildirilir. Ölənlərin 5-i uşaq, 3-ü polisdir. Hesabata əsasən üsyançıların nəzarət etdiyi Atarib şəhəri bombardman olunub. 

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: