Zimbabvenin 40 illik prezidenti devrildi

Ötən gecə Zimbabvedə hərbçilər hakimiyyəti ələ alıb.

Zimbabve dövlət televiziyası “Zed-bi-si” binasını ələ keçirirən hərbçilər ölkə prezidenti Robert Muqabe və ailəsinin nəzarət altına alındığını bəyan edib.

Bu zaman onlar ölkədə baş verənləri hərbi çevriliş hesab etmir, Muqabe və ailəsini heç bir təhlükə gözləmədiyini iddia edirlər.

Hakim partiya – “Zimbabve Afrika Milli Birlik – Vətənpərvərlik Cəbhəsi” belə bir addımın “millətin sağlamlığının naminə” zəruri olduğunu bildirib. “Nə Zimbabve, nə də partiya Mugabe və onun həyat yoldaşına aid deyil. Bu gün yeni bir dövr başlayır “- deyə partiyanın bəyanatında deyilir.

Robert Muqabbe 1980-ci ildən Zimbabveyə rəhbərlik edib. O, 1987-ci ildən bu günə qədər Zimbabvenin prezidenti olub.

Olaya ilk olaraq Avropanın paytaxtı Brüsseldən reaksiya gəlib. Ria-Novostinin məlumatına görə, Avrokomissiya bütün tərəfləri hadisələrin dinc məcradan çıxmasına imkan verməməyə çağırıb.

Heybət Əmrah

Bastainfo.com 

 

%d bloqqer bunu bəyənir: