Bakıda yaşayış binasında yanğın: 23 nəfər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. 

“Basta”,  APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Binanın 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: