Rusiya kimyəvi silahlarla bağlı qətnaməyə veto qoyub

Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi silahlardan istifadəyə ilə bağlı beynəlxalq istintaq başlatmağa dair qətnaməsini yenidən veto edib.

Yaponiya Suriyada kimyəvi silah hücumunu kimin həyata keçirdiyini təhqiq edən istintaqı 30 gün daha uzatmaqla bağlı qətnamə irəli sürüb ki, məsələ ilə bağlı daha geniş müzakirələr aparıla bilsin.

Cümə axşamı Birləşmiş Ştatlar da buna bənzər qətnamə irəli sürüb. Rusiya onu da veto edib.

Rusiyanın təklifi rədd edilib

Rusiyanın isə beynəlxalq istintaqa dəyişikliklər edilməsi ilə bağlı irəli sürdüyü qətnamə kifayət qədər səs toplamayıb. Qətnaməni sadəcə dörd ölkə dəstəkləyib. Rusiyanın təkliflərinə mandata Birləşmiş Ştatların etiraz etdiyi dəyişikliklər daxil idi.

Heç bir uzatma olmadan, Birgə İstintaq Mexanizminin (JIM) mandatı cümə axşamı gecə başa çatıb.

Ümumilikdə Rusiya artıq 11-ci dəfədir Suriya ilə bağlı qətnaməni veto edib.

Cümə günü baş tutan səsvermədən sonra ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli şuraya deyib ki, “Rusiyan JIM-i qorumaq üçün şuranın digər üzləri ilə orta məxrəcə gəlmək istəmir. Rusiya müttəfiqi olan Suriya rejiminin kiməyvi silahlardan istifadəsinin üstünü açacaq hər hansı mexanizmi dəstəkləməyə razı olmayacaq. Məsələ bu qədər bəsit və utancvericidir”.

Heyli Suriyada “kimyəvi silah hücumunun qurbanlarının ailələri və gələcək hücumların qurbanları olmaq ehtimalı olan suriyalı uşaqlar, qadınlar və kişilərdən səmimi qəlbdən üzr” istəyib.

Rusiyanın BMT-dəki səfiri Vasiliy Nebenzya deyib ki, mandat “fundamental qüsürlar” aradan qaldırılandan sonra uzadıla bilər.

Hücumlar silsiləsi

Birgə İstintaq Mexanizmi təhqiqatını iki il öncə Suriya yüzlərlə mülki vətəndaşı öldürüb, iztirab çəkdirən kimyəvi silah hücumundan sonra başladıb.

BMT müstəntiqləri aprelin 4-də baş verən hücum zamanı qadağan olunmuş sinir qazı sarindən və bir neçə dəfə də silah olaraq xlordan istifadə etməkdə günahlandırıb. Onlar İslam Dövləti militantlarını iprit qazından istifadə etməkdə günahlandırıb.

Suriya höküməti bütün hücumlara görə terrorçu adlandırdığı müxalifətin məsuliyyət daşıdığını bildirir.

Suriyanın ən qüdrətli müttəfiqi Rusiya kimyəvi silahlardan istifadəyə dair istintaqları dəstəkləsə də, hesabatları Suriya hökümətinə haqsızlıq olaraq dəyərləndirib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: