Zimbabvedə izdiham prezident Mugabe-nin istefasını tələb edir

Zimbabve paytaxtı Hararedə izdihamlı yürüş iştirakçıları prezidenti hakimiyyətdən uzaqlaşdıran hərbçiləri alqışlayır.

Nümayiş hərbiyə və hakim Zanu-PF partiyasının dəstəyilə keçirilir.

Ötən ilədək prezidentə sadiq qalan müharibə veteranları da Mugabe-nin hakimiyyətdən getməsini dəstəkləyir.

Nümayiş iştirakçılarından biri günü “yeni eranın” başlanğıcı adlandırıb.

“Bir zimbabveli kimi orduya deyirik ki, dinc müdaxiləyə görə çox sağolun!”, – nümayişçilərdən biri deyib.

Hararedə olan BC müxbirinə əsasən hazırda həlledici an yaşanır və Mugabe hakimiyyətə qayıtmaq imkanlarını itirə bilər.

Hakim Zanu-PF partiyasının nümayəndəsi Nick Mangwana, BBC-nin Today proqramına müsahibəsində deyib ki, Mugabe-nin istefasınadək onun evi qarşısında etirazlar davam etdiriləcək.

Ordunun müdaxiləsindən sonra ev dustaqlığında qalan 93 yaşlı Robert Mugabe cümə günü ilk dəfə olaraq ictimaiyyət qarşısına çıxıb. O, istefa vermək niyyətində olmadığını bildirir.

 Zimbabve: hakimiyyət balansı və Grace Mugabe

Bastainfo.com

%d bloqqer bunu bəyənir: