Amerikanın səs-küylü qatillərindən biri 83 yaşında həbsxanada ölüb

Amerika tarixinin ən səs-küylü serial qatillərdən biri hesab olunan Çarlz Menson bazar günü 83 yaşında həbsxanada ölüb.

Amerikanın Səsi xəbər verir ki, Kaliforniya rəsmiləri bildiriblər ki, Menson Kern qraflığının xəstəxanasında təbii səbəblərlə vəfat edib.

Menson daha altı nəfərlə birlikdə 1971-ci ildə Los Anceles ərazisində həyata keçirdiyi yeddi qəddar qətl seriyasına görə həbs edilmişdi. Mensonun davamçısı olan daha üç nəfər onunla əlaqəli cinayət işlərinə görə həbs edilib.

Onun ən tanınmış qurbanı 26 yaşlı amerikalı aktrisa Şeron Teyt idi. Mensonun dəstəsi aktrisanı Kaliforniyanın Benedikt Kanyon ərazisində həyat yoldaşı, rejissor Roman Polanski ilə yaşadığı evin qarşısında ölümcül bıcaqlayıblar. Teyt öldürüləndə 8 ay yarımlıq hamilə idi.

Menson 1934-cü ildə Ohayonun Sinsinati şəhərində evli olmayan anadan dünyaya gəlib. O, həyatı boyu dəfələrlə müxtəlif cinayətlərə görə həbsdə olub.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: