Müsavat başqanı yubilyarı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı partiya fəalı Etibar Məmmədovu 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Etibar bəy! Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz Milli Azadlıq Hərakatının iştirakçısı kimi Azərbaycanın istiqlalı və azadlığı, eyni zamanda ölkənin ərazi bütövlüyü uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri olmusunuz.

Sonrakı illərdə Müsavat Partiyası sıralarına qoşularaq Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda mübarizədə fəal iştirak etmisiniz. Hazırda Cəbrayıl rayon təşkilatının şura üzvü kimi rayon təşkilatının və partiyanın güclənməsində qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində ciddi işlər görürsünüz. Əqidəyə sədaqətiniz, prinsipiallığınız və işgüzarlığınız, işinizə vicdanlı münasibətiniz, eyni zamanda fəal həyat mövqeyiniz Sizə böyük nüfuz qazandırıb. Əminəm ki, övladlarınız, yaxınlarınız, Sizi tanıyan hər kəs Sizinlə daim qürur duyacaq.

Hörmətli Etibar bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.”

 

%d bloqqer bunu bəyənir: