Ədəbiyyat Tarixin göz yaşlarıdır…

Mehriban Vəzirin “Səyyarə Xanım və Ferens List” əsəri nəşr edildi.

 

Mehriba Vəzir yazır…

 

Əlbəttə, qəddar siyasətlər talelərin qənimidir.

Lakin siyasi zalımlığın məhsulu olan acı qismətlər çox zaman tarixin qalaqlanmış illəri altında itib batır, unudulur. Tarix rəsmi rəqəmlərdən öyrənilir.

Tarixi yalnız rəsmi araşdırmalardan öyrənmək insanlığa biganəlikdir. Axı tarix həm də insan talelərində, eşq macəralarında, qara sevdalarda, ayrılıqlarda, puç arzularda, nakam ömürlərdə, niskillərdə yaşayır. Bu yaşantıları hiss etmədən tarixi, insanlıq tarixini necə duymaq olar?

 

Bu duyum yolu…  yalnız ədəbiyyatdan keçir.

 

Ədəbiyyat siyasətin qurbanı olmuş insanın acılarını, könül təlatümlərini, eşq təlaşlarını  yaşadır. Ədəbiyyat siyasət tarixində baş rol almış, lakin haqqı danılmış insanın yaşantılarını canlandırır.

 

Ədəbiyyat Tarixin göz yaşlarıdır…

 

Əsər  alman köçmənlərinin həyat hekayələrini, sevgi dastanlarını, ayrılıq və həsrətləri, yerli insanlarla birlikdə çəkdikləri əzabları ilk dəfə bədii sözə çevirir, ədəbiyyata gətirir, pis siyasətlərin insan taleyindəki qərəzindən bəhs edir…

Almanların Gəncəbasarda yaşamı ilə yanaşı 200 il yaşı olan bir eşq əhvalatını, Səyyarənin və Ferensin qara sevdasını canlandırır.

 

Bu arada çox mühüm bir məsələni qeyd etmək yerinə düşər. Məlum olduğu kimi Rusiya xüsusi məqsədlə Azərbaycana yönəltdiyi üç istiqamətli – alman, rus, erməni köçlərinin yerləşdirilməsi, himayəsi, üstün zümrəyə çevirməsi üçün çox böyük vəsait xərcləmişdi. Qeyd edildiyi kimi məqsəd yerli xalqları əzmək, sıxışdırmaq torpaqlarında oyuncaq  muxtariyyatlar quraraq konfiliktləri daima diri saxlamaq idi.

Lakin almanlar, ermənilərdən fərqli olaraq, Azərbaycan xalqı ilə heç zaman  qarşıdurmaya getmədilər, daima sülh, işbirliyi və anlayış içində keçindilər. Ümumiyətlə, almanlar heç bir dönəmdə rus imperiyasının Qafqaz siyasətindəki istila rəzalətlərinə bulaşmadılar. Ermənilər kimi rus oyuncağına, ekpansiya alətinə  çevrilmədilər.

Almanların bu nəcib davranışı imperiyanın xərcləmiş olduğu məqsədli vəsaitin boşa getməsi demək idi. Bu, bağışlanmadı.

 

“Səyyarə Xanım və Ferens List” əsərində  böyük faciələr yaşamış alman köçmənlərinin həyat tarixinin müəyyən dönəmi haqqında, eləcə də görkəmli macar bəstəkarı Ferens List haqqında  sənədli məlumatlar verilir.

Bu məlumatların, olmuş, unudulmuş, bəzən də ötr-basdır edilmiş hadisələrin çoxu ictimaiyyətə ilk dəfə təqdim edilir.

 

Məlum olduğu kimi Azərbaycan, Gürcüstan, Almaniyanın təşəbbüsü ilə YUNESCO 2017-ci ili alman məskənlərinin salınmasının 200 illiyini kimi qeyd edir. Bu layihəni həmin tarixə töhfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  maliyyələşdirmiş, Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi icra etmişdir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: