Milli Şuranın mitinqində həbs olunmuş müsavatçı azadlığa çıxdı

Milli Şuranın 28 oktyabr mitinqinə qatıldğı üçün 20 sutka müddətinə azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Əziz Şahinoğlu Qəhrəmanov bu gün azadlığa çıxıb. Bu haqda “Basta”ya Əziz Şahinoğlu özü məlumat verib.

O, qanunsuz həbsi ilə bağlı şikayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təmin edilmədiyini, amma hüquqi müstəvidə mübarizəsini davam etdirəcəyini bildirib.

“Hüquqlarımı müdafiə edən bütün dostlara, vəkil Asabəli Mustafayevə, Müsavat Partiyasının və AXCP-nin rəhbərliyinə öz təşəkkürümü bildirirəm”, – Əziz Şahinoğlu bildirib.

Qeyd edək ki, Əziz Şahinoğlu mitinqdə “Ramil Usubov, qardaşın qisasını qardaşdan almağı durdur” şüarı yazılmış plakat qaldırıb. Bundan sonra Əziz Şahinoğluna Suraxanı Rayon Məhkəməsinin qərarı ilə polisə müqavimət adı ilə 20 sutka inzibatı həbs cəzası verilib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: