Cumhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər planı müzakirə olundu

Bu gün Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı Təşkilat Komitəsinin  iclası keçirilib.

Müsavatın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda təşkilat komitəsinin həyata keçirəcəyi tədbirlər planının layihəsi müzakirə edilib.

Layihədə Cümhuriyyətin 100 illiyi münasibətilə kütləvi tədbirlərlə yanaşı, yazı müsabiqəsinin, açıq şahmat və futbol turnirlərinin, elmi-praktik konfransların və sərgilərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, oktyabın 6-da Müsavat Partiyasının Divanı müsəlman şərqində ilk parlamentli Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin layiqincə qeyd edilməsi üçün tədbirlər planını hazırlayıb həyata keçirmək məqsədilə Müsavat Partiyasının başqanı Arif Hacılının sədrliyi ilə Təşkilat Komitəsi yaradıb.

 

Bu slaydşou üçün JavaScript lazımdır.

Bastainfo.com  

%d bloqqer bunu bəyənir: