İranda həbs edilmiş Britaniya-İran vətəndaşının yeni məhkəməsi olacaq

Britaniyada çıxan Guardian qəzeti yazır ki, İranın hakimiyyət orqanları Britaniya-İran ikili vətəndaşı Nazənin Zağari-Ratcliffe-in yeni məhkəməsinin vaxtını müəyyən ediblər.

Bu məlumatı qəzetə Zağari-Ratcliffe-in əri verib.

Richard Ratcliffe deyib ki, onun həyat yoldaşının təbliğat yaymaq ittihamları əsasında mühakiməsinə dekabrın 10-da başlanacaq.

Azadlıq Radiosu yazır ki, 2016-cı ilin aprelində Tehranda həbs edilmiş xanım Zağari-Ratcliffe milli təhlükəsizliyə qəsd ittiham ilə məhkum edilərək 5 illik həbsxana cəzası çəkir.

Belə görünür ki, Zağari-Ratcliffe-ə qarşı yeni ittihamlar Britaniya xarici işlər naziri Boris Johnson-un noyabrın 1-də, parlament qarşısında verdiyi bəyanatından qaynaqlanıb. Johnson demişdi ki, Zağari-Ratcliffe İranda “jurnalistlərin təlimi” ilə məşğul olub.

Johnson bundan sonra dediklərinin düzgün məlumat olmadığını bildirmiş və üzr istəmişdi. Nazir əlavə etmişdi ki, qadın İslam Respublikasına yalnız qohumlarına baş çəkmək üçün gedib.

Lakin bunun ardınca, noyabrın 4-də Zağari-Ratcliffe yeni məhkəmə dinləməsinə gətirilib və nazir Johnson-uun sözləri ona qarşı yeni ittiham sübutu kimi səsləndirilib. Yeni ittihama görə xanım Zağari-Ratcliffe İranda “rejimə qarşı təbliğatla” məşğul olub.

Richard Ratcliffe inandığını bidlirib ki, Johnson-un bəyanatı olmasaydı, onun arvadını tezliklə buraxacaqdılar.

Zağari-Ratcliffe-in çalışdığı Thomson Reuters Fondu bildirib ki, onun əməkdaşı İranda heç bir fəaliyyətlə məşğul olmayıb.

Johnson bu ayın əvvəllərində bildirmişdi ki, Tehrana səfər edərək xanım Zağari-Ratcliffe-lə görüşməyə çalışacaq.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: