Jurnalist vəfat etdi – VİDEO

“APA Holdinq”ə daxil olan APA TV-nin əməkdaşı, tanınmış jurnalist Natiq Qədimov vəfat edib.

Mərhumun ailəsindən bildirilib ki, o, infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Natiq Qədimov Müsavat Partiyasının üzvü Aydın Qədimovun oğludur. Jurnalistin ailə üzvlərinin “Basta” əməkdaşına bildirdiyinə görə, Natiq Qədimov dünən axşam “Çelsi”-“Qarabağ” oyununa birgə baxmaq üçün yaxın qohumlarını evinə dəvət edib. Süfrə arxasında oturduğu yerdə qəfildən keçinib. Natiq Qədimov bir neçə ay əvvəl evlənib və xanımı hamilədir. 

N.Qədimov Maştağa kənd qəbirstanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun yaxınları, dostları və media nümayəndələri iştirak edib.

Qeyd edək ki, N.Qədimov uzun illər “ANS” telekanalında çalışıb. Son illərdə isə “APA TV”-də işləyirdi. O, ötən gecə infarktdan vəfat edib.

Allah rəhmət eləsin!

 

 

%d bloqqer bunu bəyənir: