Əlikram Xursidovun anası: “Belə mərd oğul böyütdüyüm üçün qürur duyuram”

Mən övladımla qürur duyuram. Əlikram ölər, amma bu rejimə boyun əyməz”.

Bu sözləri “Basta” əməkdaşı ilə söhbətində bu gün həbs olunmuş Müsavat Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun anası Əntiqə Xurşidova deyib. 

“Əlikramla fəxr edirik, oğlum heç vaxt onların dediklərinə imza atmaz. Atası da, mən də belə bir mərd oğul böyütdüyümüz üçün qürur duyuruq”, – Əntiqə Xurşidova qeyd edib.

Noyabrın 24 -də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidovun 3 ay müddətinə həbs edilməsi haqqında qərar çıxarıb. Əlikram Xurşidova qarşı müxalifətçilər üçün ənənəvi olan “xuliqanlıq” ittihamı irəli sürülüb. 

 Müsavat Partiyası bu ittihamı əssasız sayır.

“Əlikram Xurşidova qarşı yazılan “şikayət ərizəsi” təşkil olunmuş şərləmədir. Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan bir insan olaraq yaşadığı bölgədə böyük hörmət sahibidir. Əlikram Xurşidov əqidəli müsavatçı olaraq, Azərbaycanda və yaşadığı Şirvan şəhərində baş verən qanunsuzluqlarla əlaqədar daim barışmaz mövqe tutub, son dövrdə isə sosial şəbəkədə Şirvan rayon İcra Hakimiyəti başçısının qanunsuz metlax biznesi, bölgədəki korrupsiya,  eləcə də büdcə təşkilatlarında çalışanların inzibati üsullarla YAP-a üzv qəbul etdirilməsi haqqında xəbərlər paylaşıb. Hakimiyyət siyasi partiyaların yerli qurumlarının fəaliyyəti üçün şərait yaratmadığı üçün Müsavatın yerli təşkilatının toplantıları da Əlikram Xurşidovun mənzilində keçirilirdi. Əlikram Xurşidovun həbsinin motivi məhz bunlardır”, – Müsavat Partiyasının bəyanatında bildirilir.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: