Azərbaycan Avropa Bankından kredit alır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına kredit ayıracaq.

Bunu AYİB-in Şərqi Avropa və Qafqaz üzrə direktoru Fransis Malij Report agentliyinə açıqlamasında deyib.

“AYİB gələn il Azərbaycanda çox böyük layihələr həyata keçirməyi nəzərdən keçirir. Bank Gəncədən Gürcüstan sərhədindəki “Qırmızı körpü”yədək olan avtomobil yolunun yenilənməsinə maliyyə ayırmağı düşünür. Həmçinin Azərbaycanda ikinci dərəcəli yol şəbəkəsinin yaxşılaşdırılmasına investisiya yatırmağı davam etdirəcəyik. AYİB gələn il də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yerli kiçik və orta həcmli şirkətlər və banklarla işini davam etdirəcək. 2018-ci ildə icra ediləcək həmin yol infrastrukturu layihələrinin ümumi büdcəsi 300-500 milyon dollararası dəyişir”, F.Malij bildirib.

%d bloqqer bunu bəyənir: