Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti başladı

Avropa İttifaqı ölkələri və “Şərq tərəfdaşlığı”na daxil olan 6 ölkənin dövlət və hökumət başçıları noyabrın 24-də Brüsseldə gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Onlar həm də 2015-ci il Riqa sammitindən sonra əldə olunan nəticələrə yekun vuracaqlar. “Şərq tərəfdaşlğı” ölkələri vətəndaşlarının əldə etdikləri imtiyazlara xüsusi diqqət yetiriləcək.

Sammitdə “2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması” adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir.

2015-ci ildə Riqada “Şərq tərəfdaşlığı” sammiti zamanı dörd əsas əməkdaşlıq istiqaməti müəyyən edilib:

İqtisadiyyatın möhkəmləndirilməsi: iqtisadi inkişaf və bazar imkanları;

İdarəetmənin gücləndirilməsi: institutların möhkəmləndirilməsi və sağlam idarəetmə;

Əlaqələrin gücləndirilməsi: çatımlılıq, enerji effektivliyi, ətraf mühit və iqlim dəyişikliyi;

Cəmiyyətin möhkəmləndirilməsi: mobillik, insanlar arasında ünsiyyət.

Bundan əlavə, bütün sahələrdə təşkilatın geniş dairələri ilə vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyət yaradılır. Bu birgə iş gender bərabərliyinə və diskriminasiyaya qarşı mübarizəyə yardım edir.

Bütün istiqamətlər üzrə strateji kommunikasiyalar daha aydın və fərdi xarakter alır.

Sammitdə Azərbaycan nümayəndə heyətinə prezident İlham Əliyev rəhbərlik edir.

Qeyd edək ki, 2009-cu ildən yaradılmış “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

 

Amerikanın səsi

%d bloqqer bunu bəyənir: