Tbilisidə postsovet məkanının gələcəyi müzakirə olunur

Gürcüstan paytaxtı Tbilisidə beynəlxalq tədbir keçirilir.

“Keçmiş sovet respublikalarında azad bazar iqtisadiyyatı və siyasi azadlıqlar” mövzusuna həsr edilən tədbirdə müxtəlif ölkələrdən olan siyasət adamları və iqtisadçılar iştirak edir. Azərbaycandan bu tədbirə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanının beynəlxalq əlaqələr üzrə müavini Səxavət Soltanlı və iqtisadçı Zöhrab İsmayıl iştirak edirlər.

Səxavət Solanlı bildirib ki, tədbirə Azərbaycan nümayəndələriylə yanaşı, Amerika, Almaniya, Rusiya, Litva, Bolgarıstan, Qazaxıstan, Gürcüstan və Ermənistandan olan siyasətçilər və iqtisadçılar qatılıb.

“Toplantıda keçmiş sovet respublikalarındakı siyasi və iqtisadi azadlıqların vəziyyəti, insan haqları, məhkəmələrin durumu, Avropa ilə münasibətlər və digər mövzular müzakirə olunub. Cənubi Qafqazda aktual problemlər və regionun gələcəyi ilə bağlı müzakirələr sabah da davam edəcək” – Səxavət Soltanlı bildirib.

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: