Həbs olunan təşkilat sədrinin qohumu Müsavata üzv oldu

Müsavatın Şirvan Təşkilatının sədri Əlikram Xurşudovun həbsinə etiraz edən dayısı oğlu bu gün Müsavata üzv olub. 

24008477_1606930212726231_82061051_nBu barədə “Basta” ya məlumatı Şirvan təşkilatının üzvü İlqar Babayev verib. İlqar Babayev bildirir ki, Əlikram Xurşudovun dayısı oğlu Famil Təmirov Əlikram bəyin həbsini ədalətsiz hesab edir, onu siyasi fəaliyyətinə görə həbs etdiklərini düşünür. Famil Təmirov elə bu səbəbdən Müsavata üzv olmağa qərara verib.

Qeyd edək ki, bu gün Müsavatın Şirvan Təşkilatının Şura iclası keçirilib, həbs olunaraq Şüvəlana gətirilən Əlikram Xurşudovun səlahiyyətləri sədrin Təşkilat Məslələri üzrə müavininə verilib. Yeni üzv də, elə bu iclasda Müsavat sıralarına qəbul olunub.

XATIRLATMA

Noyabrın 22-də heç bir əsas olmadan polis tərəfindən saxlanılan Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, Məclis üzvü Əlikram Xurşidov 2 sutkaya yaxın qanunsuz olaraq polis şöbəsində saxlandıqdan sonra, ona qarşı uydurma cinayət işi qaldırılıb. Noyabrın 24-də isə Şirvan Rayon Məhkəməsi sifarişli qərar qəbul edərək, bu uydurma ittiham əsasında Əlikram Xurşidovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Polis şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham elan olunub.

Müsavat Partiyası Əlikram Xurşudovun həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Əlikram Xurşidov müxalifətçilərə qarşı ənənəvi olaraq irəli sürülən “xuliqanlıq”da təqsirləndirilib. Ona qarşı yazılan “şikayət ərizəsi” təşkil olunmuş şərləmədir. Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan bir insan olaraq yaşadığı bölgədə böyük hörmət sahibidir.

Əlikram Xurşidov əqidəli müsavatçı olaraq, Azərbaycanda və yaşadığı Şirvan şəhərində baş verən qanunsuzluqlarla əlaqədar daim barışmaz mövqe tutub, son dövrdə isə sosial şəbəkədə Şirvan rayon İcra Hakimiyəti başçısının qanunsuz metlax biznesi, bölgədəki korrupsiya,  eləcə də büdcə təşkilatlarında çalışanların inzibati üsullarla YAP-a üzv qəbul etdirilməsi haqqında xəbərlər paylaşıb. Hakimiyyət siyasi partiyaların yerli qurumlarının fəaliyyəti üçün şərait yaratmadığı üçün Müsavatın yerli təşkilatının toplantıları da Əlikram Xurşidovun mənzilində keçirilirdi. Əlikram Xurşidovun həbsinin motivi məhz bunlardır.

Müsavat Partiyası şərlənərək həbs edilmiş Əlikram Xurşidovun dərhal azad edilməsini, ona qarşı açılan cinayət işinin xətm olunmasını və Azərbaycanda davam edən repressiya siyasətinin durdurulmasını tələb edir”.

 

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: