Vəkil Aqil Lahıcın “etirafı”

Bir şey etiraf edim.

İllər öncə Bankda hüquqşünas olaraq işləyirdim. İşlə bağlı bankdan xidməti maşınla çıxmışdıq. İşimizi günorta bitirdik. Restoranların birində yaxşı yemək yedikdən sonra Ağa Nemətulla küçəsi ilə hərəkət edirdik. Vergilər Departamentinin aşağısında dönərxanada həm də peraşki satırdılar. Tıxac olduğu üçün maşın orda durdu və dərhal gözümə Azərbaycanın qeyrətli oğlu və vəkili Nemət Kərimli dəydi.

O, günorta yeməyini yavan peraşki ilə yola verirdi və ayağında hədsiz aşınmış ayaqqabı vardı. Bəlkə də nahar etmək üçün cibində pulu yox idi.İlk dəfə olaraq hüquqşünas kimi daxilən onda sarsıldım. Onda artıq hiss etdim ki, dəyərlər üçün vuruşan vəkillər çox çətin həyat şəraitində yaşayırlar, şəxsi ambisiyaları dalınca, mal mülk dalınca qaçanlar isə yaxşı həyat sürürlər. Amma Neməti o zamanlar şəxsən tanımasamda o digərlərindən daha əhəmiyyətli, mənən varlı, vicdanlı insan kimi beynimə həkk olunmuşdu. Nəhayət onu şəxsən tanıdım. Adamın evi belə yoxdu, illərdir kirələrdə qalır. Amma ona qarşı olan insanların sevgisi onun üçün şərəf və həm də damdır, çətirdir.

Dəyərlərimizə sahib çıxaq.

 

Yazı vəkil Aqil Lahıcın feysbuk səhifəsindən götürülüb.

%d bloqqer bunu bəyənir: