Karles Puçdemon seçki kampaniyasına başlayır

Hazırda Belçikada olan Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon seçki kampaniyasına başladığını elan edib.

Amerikanın Səsinin xəbərinə görə, o, Kataloniyadakı regional seçkilərlə bağlı yerli siyasi partiyalara müraciət edib. Onları Kataloniya naminə birləşib eyni mövqedən çıxış etməyə çağırıb.

Onun fikrincə, müstəqillik tərəfdarları seçkidə uğur qazansalar, bu, bölgənin İspaniyadan ayrılması uğrunda mübarizəyə töhfə vermiş olacaq.

Regional seçkiləri İspaniyanın mərkəzi hökuməti təyin edib.

Mərkəzi hökumət bu addımı Puçdemon hökumətinin müstəqillik referendumu keçirməsindən atıb.

İspaniya referendumun nəticələrini rədd edərək Puçdemonu və onun hökumətinin üzvlərini vəzifədən azad edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: