Müsavatın daha iki təşkilatı konfrans keçirdi

Bu gün Müsavat Partiyası Gəncə Şəhər Təşkilatilatı ümumi yığıncağını keçirib.

“Basta” ya daxil olan məlumata görə, toplantıda Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı iştirak edib. Gizli səsvermə yolu ilə keçirilən seçkidə Cahangir Əmirxanlı sədr seçilib. Eyni zamanda sərbəst Şura üzvləri və NTK üzvləri seçilib.

Toplantıdan sonra Razim Əmiraslanlı və bir qrup müsavatçı Azərbaycan Xalq Cümhuriyyətinin memarı Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər.

Bu gün həmçinin Müsavatın Lənkəran Təşkilatında da konfrans keçirilib. Toplantıda Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqov və MNTK üzvü Əli Həsənov iştirak edib.

Gizli səsvermənin nəticələrinə görə İmanverdi Əliyev yenidən təşkilatın sədri seçilib. Lənkəran təşkilatının ümumi yığıncağında sərbəst Şura və NTK üzvləri də seçilib.

Könül Alı

Bastainfo.com

%d bloqqer bunu bəyənir: