Zimbabve məhkəməsi: Ordunun müdaxiləsi çevriliş deyildi

Zimbabvenin Ali Məhkəməsi Robert Muqabenin istefası ilə nəticələnən hərbi müdaxilənin qanuni olduğu qərarını verib. Ordu dəfələrlə atılan addımların çevriliş olmadığını bildirib.

Məhkəmənin gəldiyi nəticəyə əsasən, ordu müdaxiləni Muqabenin səlahiyyətinin onun ətrafında olan, seçilməmiş fərdlər tərəfindən mənimsənilməsinin qarşısını almaq məqsədi ilə edib.

Bu qərar Zimbabvenin son dörd onillikdə ilk yeni liderinin and içməsindən sonraya təsadüf edir. Yeni prezident ölkədə uzun müddət davam edən iqtisadi böhrandan çıxmaq üçün ciddi islahatların keçirilməsinə söz verib.

Prezident Emmerson Mnanqaqva səlahiyyətlərinə 37 il hakimiyyətdə olan Robert Muqabenin ordunun və iqtidar partiyasının davamlı təzyiqləri nəticəsində istefasından sonra cümə günü başlayıb.

 

%d bloqqer bunu bəyənir: