Zimbabvenin sabiq prezidenti hər ay 150 min dollar alacaq

Zimbabvenin sabiq dövlət başçısı Robert Muqabe prezident postunu tərk etdiyi üçün ona 10 milyon dollar veriləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, məbləğin yarısı birdəfəlik ödəniləcək. Məbləğin digər hissəsi isə R.Muqabenin ömrünün sönuna qədər aylıq 150 min dollarlıq ödəniş şəklində veriləcək.

Məlumatda bildirilir ki, R.Muqabenin həyat yoldaşı Qreys ərinin vəfatından sonra ona aid ödənişin yarısını ala biləcək.

Qeyd edək ki, 37 il ərzində baş nazir və prezident postlarını tutan R. Muqabe noyabrın 21-də istefaya getdiyini elan edib.

Bu, hərbçilər hökumət binalarına gedən yolları bağladıqdan, televiziya qulləsini nəzarətə götürdükdən və R.Muqabeni ev dustaqı edəndən sonra mümkün olub. 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: